아래는 노래 가사입니다. Apar Məni , 아티스트 - Cavanşir Quliyev, Айгюн Кязымова 번역 포함
번역이 포함된 원본 텍스트
Cavanşir Quliyev, Айгюн Кязымова
Şirin-şirin söhbət etdik
Nə vardırsa, xəyal etdik
Məni dərdlə qoyub getdin
Bu dərdlərdən qurtar məni
Gəl özünlə apar məni
Yaz olsada bulaq donub
Həsrətindən güllər solub
Keçən keçib, olan-olub
Bu dərdlərdən qurtar məni
Gəl özünlə apar məni
Gündüzümü gecə getdin
Heç bilmədim necə etdin
Məni niyə əsir etdin?
Bu dərdlərdən qurtar məni
Gündüzümü gecə getdin
Heç bilmədim necə etdin
Məni niyə əsir etdin?
Bu dərdlərdən qurtar məni
Gəl özünlə apar məni
Bu dünyaya biz baxmasaq
Sevgimizə biz çatmasaq
Arzumuza qovuşmasaq
Aylar, illər boğar məni
Gəl özünlə apar məni
Gündüzümü gecə getdin
Heç bilmədim necə etdin
Məni niyə əsir etdin?
Bu dərdlərdən qurtar məni
Gündüzümü gecə getdin
Heç bilmədim necə etdin
Məni niyə əsir etdin?
Bu dərdlərdən qurtar məni
Gəl özünlə apar məni
다양한 언어로 된 노래
모든 언어로 고품질 번역
몇 초 만에 원하는 텍스트를 찾으세요