아래는 노래 가사입니다. İçərişəhərin Küçələri , 아티스트 - Faiq Ağayev 번역 포함
번역이 포함된 원본 텍스트
Faiq Ağayev
Eşqimin beşiyi, ey qədim şəhərim
Ruhuma yaxındır köhnə küçələrin
Saçımı oxşayır sərin küləklərin
Böyük sevgisisən saysız ürəklərin
Saçımı oxşayır sərin küləklərin
Böyük sevgisisən saysız ürəklərin
Xoş xatirələrim səninlə bağlıdır
Qayğısız gəncliyim sinəndə qalıbdır
Yağışlı payızın, çiçəkli baharın
Sənin üçün əzizdir, mənim üçün əzizdir
Qala divarları görüşlər görmüşdür
Vurulan yaraları övladlar hörmüşdür
Hər döngən, tinindən zamanlar ötmüşdür
Eşqimin beşiyi, ey qədim şəhərim
Hər döngən, tinindən zamanlar ötmüşdür
Eşqimin beşiyi, ey qədim şəhərim
Xoş xatirələrim səninlə bağlıdır
Qayğısız gəncliyim sinəndə qalıbdır
Yağışlı payızın, çiçəkli baharın
Sənin üçün əzizdir, mənim üçün əzizdir
Eşqimin beşiyi, ey qədim şəhərim
Ruhuma yaxındır köhnə küçələrin
Saçımı oxşayır sərin küləklərin
Böyük sevgisisən saysız ürəklərin
Saçımı oxşayır sərin küləklərin
Böyük sevgisisən saysız ürəklərin
Xoş xatirələrim səninlə bağlıdır
Qayğısız gəncliyim sinəndə qalıbdır
Yağışlı payızın, çiçəkli baharın
Sənin üçün əzizdir, mənim üçün əzizdir
Xoş xatirələrim səninlə bağlıdır
Qayğısız gəncliyim sinəndə qalıbdır
Yağışlı payızın, çiçəkli baharın
Sənin üçün əzizdir, mənim üçün əzizdir
Sənin üçün əzizdir, mənim üçün əzizdir
Eşqimin beşiyi, ey qədim şəhərim!
다양한 언어로 된 노래
모든 언어로 고품질 번역
몇 초 만에 원하는 텍스트를 찾으세요