아래는 노래 가사입니다. Mənimləsən , 아티스트 - Faiq Ağayev 번역 포함
번역이 포함된 원본 텍스트
Faiq Ağayev
Talehin yazısı yəqin beləydi
Sənsizlik qapını döydü xəbərsiz…
Kaş bütün gedənlər geri dönəydi
Bilirsənmi necə darıxdım sənsiz?
Hər zaman ürəyim sənlə danışır
Sənli xatirələr yaşadır məni
Sönməyən ocağın közü alışır
Bir möcüzə kimi gözlərəm səni
Dön, gəl sənsiz qalan bu ömrümə
Dön, gəl, əgər dönə bilsən…
Dünyamız ayrı olsa belə
Elə bilirəm ki, dönəcəksən…
Yazını pozmağa gücüm yetmir heç
Sənsiz ötən günlər — qəmli sınağım…
Bu hicran, bu həsrət çıxıb getmir heç
Səninlə yanırdı ömür çırağım
Hər zaman ürəyim sənlə danışır
Sənli xatirələr yaşadır məni
Sönməyən ocağın közü alışır
Bir möcüzə kimi gözlərəm səni
Dön, gəl sənsiz qalan bu ömrümə
Dön, gəl, əgər dönə bilsən…
Dünyamız ayrı olsa belə
Elə bilirəm ki, dönəcəksən…
Dön, gəl sənsiz qalan bu ömrümə
Dön, gəl, əgər dönə bilsən…
Dünyamız ayrı olsa belə
Qəlbim səninlədir, mənimləsən…
Mənimləsən…
다양한 언어로 된 노래
모든 언어로 고품질 번역
몇 초 만에 원하는 텍스트를 찾으세요