아래는 노래 가사입니다. Bilə Bilmirəm , 아티스트 - Flora Kərimova 번역 포함
번역이 포함된 원본 텍스트
Flora Kərimova
Sənli günlərimlə sənsiz günlərim
De, hansı çoxdur, bilə bilmirəm?
Gör neçə vaxtdır ki ayrıyıq sənlə
Danışa bilmirəm, gülə bilmirəm
Ötən günlərimiz həsrət nəğməsi
Şirin xatirələr dəniz ləpəsi
Həsrəti qəlbimdən silə bilmirəm
Söylə bu nə, söylə bu nə sirr idi?
Bilə bilmirəm, bilə bilmirəm
Bilə bilmirəm
Mən səni gözlərəm səndən uzaqda
Sənin bal həsrətin qəlbdə, dodaqda
Səni görə-görə doğma torpaqda
Yanına bəs niyə gələ bilmirəm?
Ötən günlərimiz həsrət nəğməsi
Şirin xatirələr dəniz ləpəsi
Həsrəti qəlbimdən silə bilmirəm
Söylə bu nə, söylə bu nə sirr idi?
Bilə bilmirəm, bilə bilmirəm
Bilə bilmirəm
Söylə bu nə, söylə bu nə sirr idi?
Bilə bilmirəm, bilə bilmirəm
Bilə bilmirəm
다양한 언어로 된 노래
모든 언어로 고품질 번역
몇 초 만에 원하는 텍스트를 찾으세요