아래는 노래 가사입니다. Qırmızı Xalı , 아티스트 - İlhamə Qasımova 번역 포함
번역이 포함된 원본 텍스트
İlhamə Qasımova
Gələcəyini dediyin anda
Bir həyəcan, bir sevinc qəlbimə doldu
Qırmızı xalılar sərdim yollarına (yollarına)
Günlər, saatlar keçməz oldu
Üç günə demişdin, aylar oldu
Gəlsəydin kaş, atılardım qollarına (qollarına)
Gözlədim usanmadan, yorulmadan
Xəbərin yox, min dəfə öldüm
Niyyətin yoxmu sənin gəlməyə?
Eşq dediyin buysa, sevgi alovsa
Yandım, yandım, min dəfə söndüm
Ürəyin yoxmu sənin sevməyə?
Qırmızı xalılar sərdim yollarına
Gözlədim, gələsən, atılam qollarına
Kim olursan ol, səni də bir gün silərəm
Bil ki, bu gün gəlməsən, sabah çox gec olacaq
Gələcəyini dediyin anda
Bir həyəcan, bir sevinc qəlbimə doldu
Qırmızı xalılar sərdim yollarına
Günlər, saatlar keçməz oldu
Üç günə demişdin, aylar oldu
Gəlsəydin kaş, atılardım qollarına
Gözlədim usanmadan, yorulmadan
Xəbərin yox, min dəfə öldüm
Niyyətin yoxmu sənin gəlməyə?
Qırmızı xalılar sərdim yollarına
Gözlədim, gələsən, atılam qollarına
Kim olursan ol, səni də bir gün silərəm
Bil ki, bu gün gəlməsən, sabah çox gec olacaq
(Bil ki, bu gün gəlməsən, sabah çox gec olacaq)
Qırmızı xalılar sərdim yollarına
Gözlədim, gələsən, atılam qollarına
Kim olursan ol, səni də bir gün silərəm
Bil ki, bu gün gəlməsən, sabah çox gec olacaq
다양한 언어로 된 노래
모든 언어로 고품질 번역
몇 초 만에 원하는 텍스트를 찾으세요