아래는 노래 가사입니다. Itkin Gəlin , 아티스트 - Lalə Məmmədova 번역 포함
번역이 포함된 원본 텍스트
Lalə Məmmədova
Ölüm bu dünyanın o üzündədir
Bu üzü dünyanın güldür, çiçəkdir
Ölüm bu dünyanın o üzündədir
Bu üzü dünyanın güldür, çiçəkdir
Ölməzlik məhəbbət zirvəsindədir
Məhəbbət əbədi ömür deməkdir
Ölməzlik məhəbbət zirvəsindədir
Məhəbbət əbədi ömür deməkdir
Məhəbbət əbədi ömür deməkdir
Sızlama, ürəyim
Sən dözümlü ol
Bu dünya həm acı
Həm də şirindir
Bir gözlə sən ağla
Bir gözünlə gül
Bu dünya əzabına
Dözənlərindir
Hicranın yolları bitməz, tükənməz
Vüsal yollarına qar ələnibdir
Hicranın yolları bitməz, tükənməz
Vüsal yollarına qar ələnibdir
Ömrünü eşqinə qurban deyən kəs
Xəyanət əliylə güllələnibdir
Ömrünü eşqinə qurban deyən kəs
Xəyanət əliylə güllələnibdir
Xəyanət əliylə güllələnibdir
Sızlama, ürəyim
Sən dözümlü ol
Bu dünya həm acı
Həm də şirindir
Bir gözlə sən ağla
Bir gözünlə gül
Bu dünya əzabına
Dözənlərindir
Bu dünya əzabına
Dözənlərindir
Dözənlərindir
Dözənlərindir
다양한 언어로 된 노래
모든 언어로 고품질 번역
몇 초 만에 원하는 텍스트를 찾으세요