아래는 노래 가사입니다. Göyə Sarı , 아티스트 - Мири Юсиф 번역 포함
번역이 포함된 원본 텍스트
Мири Юсиф
Bizi vurdular, biz əyilmədik
Bizi yandırdılar, külə dönmədik
Günəşimiz dondu, yenə sönmədik
Dilimizi kəsdilər, səsimiz uca
Bizi kor edib qara buludlar
Buludlar ağlayar, yağar bombalar
Durnalar, göylərə dualarımı apar
Qəlbimiz cavan, eşqimiz qoca
Ancaq Tanrını axtaran məni tapar
Ancaq Tanrını axtaran məni tapar
Göyə sarı, göyə sarı
Dağılsın dünyada qəm, kədərin hasarı
Göyə sarı, o, göyə sarı
Dağılsın dünyada qəm, kədərin hasarı
Dünya göz yumub birtərəf olub
Məhv olan insanlıq bir hədəf olub
Gülləyə tuş gələn güllə dəfn olub
İtkin düşənlər illərlə tapmaca
Atəşkəs olsa, körpələr yatar
Savaş ömürləri ucuza satar
Güclülər zərbəni gücsüzə atar
Səhv baxmaz düzə, tox baxmaz aca
Ancaq Tanrını axtaran məni tapar
Ancaq Tanrını axtaran məni tapar
Göyə sarı, göyə sarı
Dağılsın dünyada qəm, kədərin hasarı
Göyə sarı,o, göyə sarı
Dağılsın dünyada qəm, kədərin hasarı
Göyə sarı, göyə sarı
Dağılsın dünyada qəm, kədərin hasarı
Göyə sarı, o göyə sarı
Dağılsın dünyada qəm, kədərin hasarı
Bizi vurdular, biz əyilmədik
다양한 언어로 된 노래
모든 언어로 고품질 번역
몇 초 만에 원하는 텍스트를 찾으세요