Ülgüc - Мири Юсиф

Ülgüc - Мири Юсиф

Альбом
Karma
Год
2010
Язык
`아제르바이잔`
Длительность
239440

아래는 노래 가사입니다. Ülgüc , 아티스트 - Мири Юсиф 번역 포함

노래 가사 " Ülgüc "

번역이 포함된 원본 텍스트

Ülgüc

Мири Юсиф

Qəlbin heç kim bilmədiyi sirlərlə dolu

Ancaq gecələrə açmağına doğru

Cəmiyyət sənə qarşı

Hissiyyat sənə qarşı

Ürəyin donub, olubdur qəm sirdaşı

Gizlin evdən çıxıb macəraya gedən yolu

Külək sənin üçün istiqamət qolu

Sənə görə doğru yalan

Mənə görə yaran doğru

İti sözlərinə qarşı ürəyim yorğun

Sən yorulmusan əzablar içində

Arzuların qismət qəfəsində

Addımların ülgüc üzərində

Sən yorulmusan əzablar içində

Arzuların qismət qəfəsində

Addımların ülgüc üzərində

(Tənhalıq yolçusu…)

(Tənhalıq yolçusu…)

Sən oyananda gündüz sönür

Sən boğulanda dəniz ölür

Söz yaşından göz yaşları

Qarğışa dönüb, başlara qonub

Zaman öz varlığıyla keçmişi ötüb

Gələcəyə dönüb

Könlün öz yoxluğuyla vicdanı bölüb

Hissləri bölüb

Hər gün ölümlə qol-boyun

Hər gün həyatla gic oyun

Boyun yalvarır onu soyun

Mən bu mənasız dünyanı necə duyum, uyum…

Zaman qatarında gecikmiş sərnişinsən

Dənizdə tək qalan küləksiz gəmisən

(Tənhalıq yolçusu…)

(Tənhalıq yolçusu…)

Aydın günü görməyə sən etmisən tövbə

Daimi axan kədərə tutmusan növbə

Amma demə niyə, amandır demə niyə?

Bu mahnı məndən olsun sənə hədiyyə

Sən yorulmusan əzablar içində

Arzuların qismət qəfəsində

Addımların ülgüc üzərində

Sən yorulmusan əzablar içində

Arzuların qismət qəfəsində

Addımların ülgüc üzərində

Sən yorulmusan əzablar içində

Arzuların qismət qəfəsində

Addımların ülgüc üzərində

200만 개 이상의 가사

다양한 언어로 된 노래

번역

모든 언어로 고품질 번역

빠른 검색

몇 초 만에 원하는 텍스트를 찾으세요