Əbədi Ədiblər - RG, DJ Ed

Əbədi Ədiblər - RG, DJ Ed

Год
2015
Язык
`아제르바이잔`
Длительность
177920

아래는 노래 가사입니다. Əbədi Ədiblər , 아티스트 - RG, DJ Ed 번역 포함

노래 가사 " Əbədi Ədiblər "

번역이 포함된 원본 텍스트

Əbədi Ədiblər

RG, DJ Ed

Sənətim güzgü, görsədir millətin üzünü içdən

Dedilər, başqa sənət seç də, gec deyil heç də

Məncə, qəbul eləmir düz sözü tək giclər

Və qorxaq yaşayır ancaq yaltaq və biclər

Mən isə gündüzlər qarğayam, dönürəm ay çıxanda qurda

Meydanda qalanlardanıq hamı qaçanda burdan

Desertəm sistemə mikrofonum kürdan

Peşman deyiləm, olmasaydım rap’də say ki

Olmayıb, basketbolda Jordan

Doğurdan?

Ola bilərdim vəzifəli şəxs

3 dil bilirəm, o vaxtı heç yaxşı getməsə də dərs

Mən tərs girsəm, bəsə-bəs eliyərdim

Vəzifədə də irəriliyərdim, amma maraqlı gəldi Pifaqorda Nas

Tapdım öz ağlımda olan adamları

Mədrəsəm deyir onların başqa üfüqə baxır eyvanları

Fərqli görürük biz bu dünyanı, bu da anlamı

Peşmanlığım dostlarımın arzularının edamları, yeah

Evdə deyirlər, rap’dan qıraq dəyərlər var

Mən də bilirəm, həyat da çox əgərlər var

Peşman deyiləm, buna da o qədər səbəblər var

Gəldi-gedərlər, bir də əbədi ədiblər var (x2)

Hələ ki, yaxşıyam şükür eliyir dəli gününə

Deyib atam, nə tökərsən, o da çıxar sənin önünə

Tərk edənləri saxlamazlar, məncə, gülə-gülə

Özüm üçün açmışam kiçik biznes, satıram mən günü günə

Gülə-gülə yazıram mən indi bu bəndi

Qonorarım «» eliyir, düzü, çörəyi, çayı və qəndi

Vəziyyət gedəndi, demirəm yaşadığımız yaşıl ada

Amma yaşıl olmasaydı, «» olardı villada

Özüm nümunəvi ata, iki oğlum var

Allah saxlasın

Olmayanlara qismət, Allah razı olsun

Başa düşürsən?

Kişi meymundan seçilsə bəsidi

Bir də qızım olar, gözəl olsun və onun nazı olsun

Məncə, dinləyici mənim ruh əkizim

Nəsə bağlıyır bizi, rap birləşdirir ikimizi

Ən bərbad track’imdə anlayırıq bir-birimizi

Bilirəm bizi çoxu qınayır

İnsan ol, boş şeydi gerisi

Evdə deyirlər, rap’dan qıraq dəyərlər var

Mən də bilirəm, həyat da çox əgərlər var

Peşman deyiləm, buna da o qədər səbəblər var

Gəldi-gedərlər, bir də əbədi ədiblər var (x2)

200만 개 이상의 가사

다양한 언어로 된 노래

번역

모든 언어로 고품질 번역

빠른 검색

몇 초 만에 원하는 텍스트를 찾으세요