Sen De - Aslixan

Sen De - Aslixan

Год
2020
Язык
`아제르바이잔`
Длительность
147340

아래는 노래 가사입니다. Sen De , 아티스트 - Aslixan 번역 포함

노래 가사 " Sen De "

번역이 포함된 원본 텍스트

Sen De

Aslixan

Həqiqət başımıza dolanıb şahidsiz

Demişəm mən olanı

Bilirəm ki, xəyalınız olduğum bu yerlərə

Mən gəlmişəm xəyalımla zəbt eləyim buranı

İndi çamadanım dollar qoyub önümə

Zombi olmağım üçün bax imza atıb ölülər

Günü gündən əfsanəyə dönürəm

Qalxıb göyə göydələndən görürəm

Boz rəngə boyanıb bu göylərimin rəngi

Yaşıyırıq ümidlə biz düzələcək bəlki

Danışıram, danışdıqca tükənir bu səbrim

Məni seçib dedilər ki, danış düzün sən de

Düzü sən de, danış düzü sən de

Lap istəsən mən susum, danış düzü sən de

Düzü sən de, danış düzü sən de

Lap istəsən mən susum, danış düzü sən de

Bu hirsimi yazım deyim

Bil mənə fake'lər lazım deyil

Mən çoxdan hazıram, amma kütlənin hamısı hazır deyil

İstədim bunu yazım deyim ki, mənə kütlər lazım deyil

Mən çoxdan hazıram, amma kütlənin hamısı hazır deyil

Düşünmədim necə partladam?

Amma düşündüm iş görüm parta-part

Və heç vaxt keçmədim ön sıralara

Mən otururdum ən arxada

Tək partada ki hamını görüm, vay gördüm ki, biz hamımız ölüb

Yolun başında da dəstək olanları gördüm yarı yolda hamı dönüb

Xalqın gözü tərəzidir, gözlərim güzgü

Ayılasız deyə versə düzləri düzdüm

Gəl oturaq əyri, amma danışaq düzgün

Yaxşı baxın, sizə sizi göstərib üzdüm

Buraxmışam düşmənimi yaxına, (yaxına)

İstəmədən mən də düşdüm axına

Atdığınız daş pilləkən, pilləkənlə qalxıram

Düşüşdəsiz pillə-pillə göydələndən baxıram

200만 개 이상의 가사

다양한 언어로 된 노래

번역

모든 언어로 고품질 번역

빠른 검색

몇 초 만에 원하는 텍스트를 찾으세요