아래는 노래 가사입니다. Yalnızlar , 아티스트 - Aslixan 번역 포함
번역이 포함된 원본 텍스트
Aslixan
İlk öncə təbəssüm gülüş
Sonra gül hədiyyə al, get tələsik görüş
Belə bir-üç-beş davam edər
Sonra bir gün də gəlib dəyər bura qədər (ha)
Dağıdarsan qurduğun o xəyal evlərini
Və bir il sonra eşidərsən, evləniblər
O vaxt «hər şeyinəm» deyən, heç nəyin olur
Bu da tək səni acıdan bir gerçəyin olur
Var ayrılığa bir sıra bəhanələr
Sənsə gecə otur, ağla boş, sabaha qədər
Əşi boş ver, hər şey yolunda gedir
O dəyişib həyatı, onun qoluna girir
Heç tanımadan, bilmədən gözlə yarı
Amma bilə-bilə ki, bu adam özgəyə yar
Ona sərf edər, hamı səhv edər
Deyib qancığın biri gəlib bir adamı məhv edər
Elə birdən gələrlər
Səni səndən edərlər
Sən inanıb sevərsən
Sonra səssiz gedərlər
Elə birdən gələrlər
Səni səndən edərlər
Sən inanıb sevərsən
Sonra səssiz gedərlər
Çıx get, geridə qoy
Amma götürdüyün qəlbi də yerinə qoy
Get, sil, getsin bu yaddaşımı
Onsuz get-gedə, getdikcə yadlaşırıq
O əvvəlki sevgilər indi hardadır?
Kimə baxsan, elə hamı aldadır
Deyin, günah hansı yardadır ki?
Gedilən yollar hamısımı yarıdadır?
Əl çatmaz hisslər gələnə qədər
Ya da qədrini bilməzlər gedənə qədər
Var hələ nə qədər, mən bu günə qədər
Heç sevgini görmədim ölənə qədər
Bu ağrını çəkən deyil tək o yar
Öncə söz vrər, o sonra tək qoyar
Ona da sərf edər, hamı səhv edər
Deyib əclafın biri gəlib bir qadını məhv dər
Elə birdən gələrlər
Səni səndən edərlər
Sən inanıb sevərsən
Sonra səssiz gedərlər
Elə birdən gələrlər
Səni səndən edərlər
Sən inanıb sevərsən
Sonra səssiz gedərlər
다양한 언어로 된 노래
모든 언어로 고품질 번역
몇 초 만에 원하는 텍스트를 찾으세요