Ayrı Dünyalar - BADCLAUSE

Ayrı Dünyalar - BADCLAUSE

Год
2020
Язык
`아제르바이잔`
Длительность
163000

아래는 노래 가사입니다. Ayrı Dünyalar , 아티스트 - BADCLAUSE 번역 포함

노래 가사 " Ayrı Dünyalar "

번역이 포함된 원본 텍스트

Ayrı Dünyalar

BADCLAUSE

Çoxdandır ki, sən barədə yazmırdım

Unutduğumu sanmışdım, yanılmışam mən

Gedən qədəmlərinə xeyir-dua, qarğışam hərdən

Bir müddət qal bu şəhərdə, gəl qalmışam həmdəm

Yarı gecələr yas tuturam, yarı səhərlər

Şərəfin qaldısa səhvən qoy onda yazım əzəldən

Danışım nə etdiklərindən, əhv etdiklərimdən

Danışım dəyərindən bir az da sən yan qəhərindən

Yadında demişdim ki, bizi bizdən tək biz ayıra bilərik onda

Bizdən başqa hər kəsin odunda köz olmuşduq

Yalanlar danışdıq, bir az inanmışdıq

Hər şey öz yoluna düşər, düşürdü az qalmışdı

Amma öz axmaqlıqlarımızın ucbatından elə bir yerə gəldik ki

Artıq hisslər belə kömək olmur

Nə qədər ürək-dirək oldum, körpə qəlbə bələk oldum

Sonda bacarmadıq və ayrılıq gərək oldu

Yarım qalan bir hekayə yoxdur ömür var

Mənlə birgə doğulub orda-burda mənsiz ölür yar

…özgəsiylə sıxma qəlbi, gəlsə könül dar

Nə vaxtsa bezib, çıxıb getsən inan, yol deyil intihar

Deyirəm geri dön, göz qayıdır dil «yox» — deyir, «imkan»

Səninçün heçəm artıq, bilirəm ağıla yer eliyib inkar

Əgər ki, könül toxsa görəcəksən hər ürəyi zindan

Olmasa qeyri bir ünvan, çəkinmə burda yerin var

Biz ayrı dünyaların adamları

Ayrı röyalarda tək qalanlar idik bunu sonda anladım

Gəzişir sarışan halım, közlər üstündə ayaqyalın

Ötür doğum günləri tək üfürüb yanılı şamları

200만 개 이상의 가사

다양한 언어로 된 노래

번역

모든 언어로 고품질 번역

빠른 검색

몇 초 만에 원하는 텍스트를 찾으세요