Yuxu - BADCLAUSE

Yuxu - BADCLAUSE

Альбом
Mən Piyanam
Год
2015
Язык
`아제르바이잔`
Длительность
276310

아래는 노래 가사입니다. Yuxu , 아티스트 - BADCLAUSE 번역 포함

노래 가사 " Yuxu "

번역이 포함된 원본 텍스트

Yuxu

BADCLAUSE

Bilirsən, bəzən özümdən belə bezirəm

Anlamadığın hər cümlə - mənim şeiriyyatım

Amma başa düşməyinçün bilirəm tezdir hələ

Nə olar bir saatlıq çıx ağlımdan, bir az yatım

Yağış gözəldir, amma ki, sənlə birgə islananda

Hər cümləyə aşiqəm mən, amma ki, sənlə başlayanda

Şairin şeiri əbədi, dərya yanda, daş bir yanda

Mən hər dəqiqə darıxıram, sən də darıx boş dayanma

Ulduzlar səpilib səmaya günahlarım kimi

Hər gecənin bir gündüzü var, məndə yoxdur hələ ki

İcazə ver çıxım gedim, yolumdan çəkil

İncimə - qayıdacağıma söz verə bilmirəm ki

Yazdığın hər cümlə ağrı verir sabahlarda

Yoxluğunda əvəzsizsən, yerini vermir sabahlar da

Bir gün məni düşünüb oyan, yuxularına et qonaq da

Yaxın vaxtda rədd olacam, bunu da saxla bir qıraqda

Ürəyim ümid gülüdür ləçəklərdə dözüm solur

O qədər üzünə gülmüşəm ki, elə bilirsən gözüm dolmur

Məhəbbət elçisi gəlirdi, dəli şeytan kəsdi yolun

Xeyrə saydığın gecənin şərindən adın əskik olmur

Yazdım səndən, yazacam daha nələr

İçəndə gözümdə daşır piyalələr

Bizi bizdən aldı bəhanələr

Dönür Lalələr, ölür Lalələr

Yazdım səndən, yazacam daha nələr

İçəndə gözümdə daşır piyalələr

Bizi bizdən aldı bəhanələr

Dönür Lalələr, ölür Lalələr

Yolumuz çətinləşir yarım daşdır yarım cığır

Sevgini tapdığın kəsin boş otaqda adın çığır

Elə bir ürəyim var - bir şairin eşqi sığır

Bir də heç vaxt doldura bilməz özgəsi yarımçığın

Eşqin çəkir məni bataqlığına getdikcə

Gecələr daha yaxın idin şəkillərini sevdikcə

Toxunuşlar toza dönürdü ovuclarda itdikcə

Sən payızda daha gözəlsən üstümə külək əsdikcə

Biz tələsdikcə, ölüm üzümüzə ani gəlir

Əcəlimdən öncə gəl, qoy xoş olsun aqibətim

Adəmi Həvva kimiyik, bu eşqə saf niyyətim

Təki sən Şirinim ol və denən ki, Fərhadı gətir

Əvvəllər biz bir idik, gərək sevgi əbədi qala

Yaxşı-pis günüm keçir xəstəliklə sağlığımla

19 ildir varam, 19 ildir sağam

19 illik varlığımla içirəm sağlığına

Günahın çoxdur, yaman incitmisən

Mən keçərəm eybi yoxdur, gərək Allah bağışlasın

Deyirlər aşiq özünə əzab eləyər, amma mən

Adını qoluma cızmadım ki, qan çirkinə bulaşmasın

Gözlərin gülsün, gözəl üzündən təbəssüm axsın

Mən heç vaxt istəmərəm, özgəsi səni ələ alsın

Başqasını da axtarma ki, səni evə kimi yola salsın

Mənə elə bir şair denən - hər sətrini sənə yazsın

200만 개 이상의 가사

다양한 언어로 된 노래

번역

모든 언어로 고품질 번역

빠른 검색

몇 초 만에 원하는 텍스트를 찾으세요