아래는 노래 가사입니다. Azərbaycanım , 아티스트 - Eldar Mansurov, İlhamə Qasımova 번역 포함
번역이 포함된 원본 텍스트
Eldar Mansurov, İlhamə Qasımova
Qoca şərqin qapısı, odlar diyarı
Mərd igidlər qalası, zəfər meydanı
Canlı tarix yaşadı neçə şəhərin
Hər gün xeyrə açılır sənin səhərin
Gözü qalıb yadların əsrlər boyu
Qalib gəlib düşmənə Babək, Koroğlu
Adın düşüb tarixə, igid vətənim
Məğrur oldun hər zaman, sən əyilmədin
Odun var canında, qurbanın olum
Sənin övladınam, odlar diyarım
Qüdrətin var, azad vətənim
Xoş, firavan yaşar millətin
Haqq yolunu seçib öndərim
Var duası uca göylərin
Hər qarışın mənə əzizdir
Sən ürəyim, Azərbaycanım
Tək səninlə həyat gözəldir
Sən mənimsən, Azərbaycanım
Mavi gözlü Xəzərin sular sonası
Heyran edir Göygölün yaşıl aynası
Başı qarlı dağların varmı heç tayı?
Bol bəhrəli bağların dadlı meyvəsi
Tanrı verib sərvəti, qara qızılı
Ağ günlərə yol açdı, özü ruzili
Neçə dahi dünyaya burda göz açdı
Nələr verdi cahana, nələr yaratdı
Odun var canında, qurbanın olum
Sənin övladınam, odlar diyarım
Qüdrətin var, azad vətənim
Xoş, firavan yaşar millətin
Haqq yolunu seçib öndərim
Var duası uca göylərin
Hər qarışın mənə əzizdir
Sən ürəyim, Azərbaycanım
Tək səninlə həyat gözəldir
Sən mənimsən, Azərbaycanım
Hər qarışın mənə əzizdir
Sən ürəyim, Azərbaycanım
Tək səninlə həyat gözəldir
Sən mənimsən, Azərbaycanım
다양한 언어로 된 노래
모든 언어로 고품질 번역
몇 초 만에 원하는 텍스트를 찾으세요