아래는 노래 가사입니다. Mələk Və Şeytan , 아티스트 - Мири Юсиф, L-Mir 번역 포함
번역이 포함된 원본 텍스트
Мири Юсиф, L-Mir
Sən abırlı, mən utanmaz
Mələk şeytanı duymaz
Heç yaxın durmaz
Ruhumun yolu nə dar, nə də geniş
O yolçudur, ya dərviş, özündən bezmiş
Canım məni tərk etmiş
Mənim haqqımda olasan sən eşitmiş
Mənim qəlbimə var giriş, yox çıxış
Bizə xas deyil anlayış
Saf düşüncələr yox olub hara?
Yaş təcrübədə məsafə, ara
Ürəyimiz bir olmaz
(Mələk şeytanı duymaz)
Rəngli geyimlər olubdur qara
Qolumda adınla yaranıb yara
(Nədir o yara?) Mələk şeytanı duymaz
Kölgəmin, kölgəmin kölgəsisən
Məndə maraqlıdır tək qalan mələyimsən
Kabus kimiyəm
Qeybdə mən sərxoş, sən ayıqsan
Mən alim, şagirdimsən
Mən yurdun, sən yatmısan, balaş, oyan
Saf düşüncələr yox olub hara?
Yaş təcrübədə məsafə ara
Sən hara, mən hara?
Ürəyimiz bir olmaz
Rəngli geyimlər olubdur qara
Qolumda adınla yaranıb yara
(Nədir o yara?) Mələk şeytanı duymaz
Mələk şeytanı duymaz
Mələk şeytanı duymaz, qırılmaz
Haramın simləri üzərində qurulmaz
Münasibətlər, günahlarım çox
Mən özümə sığışdırıram bunu, sənə yox
Məcburam deyim, tək məcburam yeyim
Məni nə qar maraqlandırır, nə də ki, geyim
Deyim, sən yaz, mən palçıqlı payız
Sən ay, mən aylıq faiz
Daşürəkli, həm əməllərim əyri
Həm canımın bu həyatda yoxdur heç bir dəyəri
Səni əldən buraxdım, itirdiyim çox
Mən özümə bağışlayıram bunu, sənə yox
Bədənimdən gəlir özgə qadın qoxusu
Belədir ki, islanmışın yağışdan nə qorxusu?
Qoy eşitsin, onsuz da eybim çox
Mən özümə yaraşdırıram bunu, ona yox
Saf düşüncələr yox olub hara
Yaş təcrübədə məsafə, ara
Sən hara mən hara?
Ürəyimiz bir olmaz
(Mələk şeytanı duymaz)
Rəngli geyimlər olubdur qara
Qolumda adınla yaranıb yara
Mələk şeytanı duymaz
(Heç yaxın durmaz)
Mələk şeytanı duymaz
Mələk şeytanı duymaz
Mələk şeytanı duymaz
Sən abırlı, mən utanmaz (utanmaz)
Sən abırlı, mən utanmaz
다양한 언어로 된 노래
모든 언어로 고품질 번역
몇 초 만에 원하는 텍스트를 찾으세요