Bəs İndi - PRoMete

Bəs İndi - PRoMete

Альбом
Köhnə Mahnılar
Год
2013
Язык
`아제르바이잔`
Длительность
187150

아래는 노래 가사입니다. Bəs İndi , 아티스트 - PRoMete 번역 포함

노래 가사 " Bəs İndi "

번역이 포함된 원본 텍스트

Bəs İndi

PRoMete

Bu soyuqluq üşüdür, üşüdüm, üşüdüm

Bu səssizlik kar edir, var idin, bəs indi?

Əllərin dondurur, üzümə toxunma, uzaqda dur

Yoluma çıxma sən, bu qədəri bəsimdir

Təcrübə sevgidə yaramır heç bir işə

Sevgi oyunlarında yer yox vərdişə

Hər dəfə eyni halqaları fırlanmalı olursan

Və oyundan çıxırsan əgər yorulsan

Burulğan olur, ancaq hər şeyin əvvəlində

Həvəslənirsən, qeydlər eliyirsən dəftərində

Sənə bağışlanır səhvlərin də

Sevinirsən ki, sevilirsən səhvlərinlə belə

Amma hər şey dəyişir həftələrlə, günlərlə, saniyələrlə

Həyat dolmağa başlayır maneələrlə

İçində baş verən şübhələrlə oyanırsan gecələr

Anlaya bilmirsən — nə bu qarışıq hadisələr…

Qapanırsan, hər şeydən sən soyuyursan

Kənardan izləyərək anlamağa qoyulursan

Ya cəhənnəm istisində yanaraq kül olursan

Ya da soyuqdan iliklərinə qədər donursan

Bu soyuqluq üşüdür, üşüdüm, üşüdüm

Bu səssizlik kar edir, var idin, bəs indi?

Əllərin dondurur, üzümə toxunma, uzaqda dur

Yoluma çıxma sən, bu qədəri bəsimdir

Küsmək, barışmaq, bu bəzəyidir sevginin

Amma əgər hər küsəndə dəyişmirsə sevgilin

Sən sevmək nədir bilirsənsə, arifsən onda

Bilirsən, dərin batan tikanı var hər gülün

Hər bir günün dəyəri də başqadır sən sevəndə

Sanki bütün dünya gülür — bunu sən istəyəndə

Fəsillərdən nə olur olsun, heç bir fərqi yox

Sənə xətər gəlmir soyuqdan istidən də

Son söz, bil heç vaxt deyil sənin son söz

Sən ancaq deyərək korlaya bilərsən — ön söz

Kin yığmaq, başına cin vurmaq, özündən çıxmaq

Axmaqlıq… Sən heç nəsən sevgidə dözümsüz

Nə qədər dözümün var, ondan çox dözəcəksən

Elə bilmə ayrıldın, daha tənha üzəcəksən

Əgər daddınsa bircə dəfə dadını

Adını çəkib, gözünü yumub, sonra köçəcəksən

Bu soyuqluq üşüdür, üşüdüm, üşüdüm

Bu səssizlik kar edir, var idin, bəs indi?

Əllərin dondurur, üzümə toxunma, uzaqda dur

Yoluma çıxma sən, bu qədəri bəsimdir

200만 개 이상의 가사

다양한 언어로 된 노래

번역

모든 언어로 고품질 번역

빠른 검색

몇 초 만에 원하는 텍스트를 찾으세요