Nəbz - PRoMete

Nəbz - PRoMete

Альбом
Köhnə Mahnılar
Год
2013
Язык
`아제르바이잔`
Длительность
188590

아래는 노래 가사입니다. Nəbz , 아티스트 - PRoMete 번역 포함

노래 가사 " Nəbz "

번역이 포함된 원본 텍스트

Nəbz

PRoMete

Kimsə dinləyəndə deyəcək ki, fake guitar

Mənim üçün isə əsas odur ki, bu musiqidə ruh var

Çoxdandır yazmıram qələmlə vərəqdə

Amma bu o demək deyil ki, azalıb səbəblər

Dostlarım uzaqlarda — Ankara, Oslo, Milan

Bakının küləkli havası bezdirir yaman

Qırıq mənalarla, toplayıram sətirlər

Amma ki, bütün fikirlərim dağılır bir ətirlə

O sənin əlindən əlimə keçən iy

Səninlə əl-ələ gəzərdim çox küçəni

Amma ki, Bakı küləyi dağıdır saçını

Səni qorumaqdır ömürlük seçimim

Demədiyim şeylər var sözlərlə

Sən tut əlimdən, bax gözümə

Cümlələr olur dar, sözlər də

Elə ki, nəfəsin dəyir üzümə

Demədiyim şeylər var sözlərlə

Sən tut əlimdən, bax gözümə

Cümlələr olur dar, sözlər də

Elə ki, nəfəsin dəyir üzümə

Sənə Günəş dedim, parıladın ömrümdə

Amma ki, bir neçə il əvvəl, yadımdadır

Ömrümdə yatsaydım, bəlkə də, yuxumda da görməzdim

Yox, elə ancaq yuxularda görərdim mən bizi

Əl-ələ gəzməyimizi, diz-dizə söhbətlərimizi

Dodaqlar toxunardı, yuxudan oyanardım

Kimsə deyib — «bir yerdə olmaq soyudur sevgini»

İstəyərdim o adam dinləsin mənim nəbzimi

Duyanda səsini, tutanda əlini

Sığallayıb qucaqlayanda incə belini

Qoxlamaq telini — dünyanın ən zövqlü işi

Sanki bütün problemlər sənsizlikdə ilişib

Düzəlir hər bir işim, varsansa yanımda

Yaşamı bağlamışam, tək sənin varlığına

Mübahisələr, davalar, qısa müddətli ayrılıqlar

Qalır arxada… Günəşim, pıçılda

Demədiyim şeylər var sözlərlə

Sən tut əlimdən, bax gözümə

Cümlələr olur dar, sözlər də

Elə ki, nəfəsin dəyir üzümə

Demədiyim şeylər var sözlərlə

Sən tut əlimdən, bax gözümə

Cümlələr olur dar, sözlər də

Elə ki, nəfəsin dəyir üzümə

200만 개 이상의 가사

다양한 언어로 된 노래

번역

모든 언어로 고품질 번역

빠른 검색

몇 초 만에 원하는 텍스트를 찾으세요