아래는 노래 가사입니다. Tənha Royal , 아티스트 - Aygün Səmədzadə, İlqar Muradov 번역 포함
번역이 포함된 원본 텍스트
Aygün Səmədzadə, İlqar Muradov
Susursan qısılıb bir küncə, səssiz
Odu soyumayan xatirəm kimi
Mən də kimsəsiz, sən də kimsəsiz
Tənha həsrət qoxan xatirəm kimi
Tənha həsrət qoxan xatirəm kimi
Hanı o titrək əl?
Dindirə səni...
Könlünün odunu soyuda bəlkə
Bir qucaq dərdini, bir ovuc qəmi
Həsrətin adını unuda bəlkə
Səndə şəhərlərin qaynar nəfəsi
Sönməz şöhrətlərin vida kəlməsi
Böyük səhnələrin sevgi nəğməsi
Yanar ürəklərin abidəsi var
Səndə şəhərlərin qaynar nəfəsi
Sönməz şöhrətlərin vida kəlməsi
Böyük səhnələrin sevgi nəğməsi
Səndə sahibinin xatirəsi var
Dillərin, illərin tozu içində
Sığınır sinənə neçə min soraq?
Kökdən düşən neçə arzu içində
Uyuyar ümidsiz, tənha bir Röyal
Uyuyar ümidsiz, tənha bir Röyal
다양한 언어로 된 노래
모든 언어로 고품질 번역
몇 초 만에 원하는 텍스트를 찾으세요