아래는 노래 가사입니다. Gözəldir , 아티스트 - İlqar Muradov 번역 포함
번역이 포함된 원본 텍스트
İlqar Muradov
Bular çaya dönür, axır şırhaşır
Sevdalı meşədə kim pıçıldaşır…
Hər yanda möcüzə, xəyalım çaşır
Aran da gözəldir, dağ da gözəldir
Hər yanda möcüzə, xəyalım çaşır
Aran da gözəldir, dağ da gözəldir
Torpaqdan uzaqda, tozdan uzaqda
Hərcayi, töhmətli sözdən uzaqda
Qol-qola gəzməyə gözdən uzaqda
Qol-qola gəzməyə gözdən uzaqda
Bağça da gözəldir, bağ da gözəldir
Bağça da gözəldir, bağ da gözəldir
Rəng verər gözəlin üzü, rəng alar
Utanıb qızarar, dərddən saralar
Binadan aybəniz, ya əsmər olar
Qara da gözəldir, ağ da gözəldir
Binadan aybəniz, ya əsmər olar
Qara da gözəldir, ağ da gözəldir
Qara da gözəldir, ağ da gözəldir
Torpaqdan uzaqda, tozdan uzaqda
Hərcayi, töhmətli sözdən uzaqda
Qol-qola gəzməyə gözdən uzaqda
Qol-qola gəzməyə gözdən uzaqda
Bağça da gözəldir, bağ da gözəldir
Bağça da gözəldir, bağ da gözəldir
Bir kəs ki, olubdur eşq avarəsi
Sağalmaz qəlbini didən yarəsi
Öldürər, dirildər, yoxdur çarəsi
Ölən də gözəldir, sağ da gözəldir
Öldürər, dirildər, yoxdur çarəsi
Ölən də gözəldir, sağ da gözəldir
Ölən də gözəldir, sağ da gözəldir
Torpaqdan uzaqda, tozdan uzaqda
Hərcayi, töhmətli sözdən uzaqda
Qol-qola gəzməyə gözdən uzaqda
Qol-qola gəzməyə gözdən uzaqda
Bağça da gözəldir, bağ da gözəldir
Bağça da gözəldir, bağ da gözəldir
Bağça da gözəldir…
Bağ da gözəldir…
다양한 언어로 된 노래
모든 언어로 고품질 번역
몇 초 만에 원하는 텍스트를 찾으세요