아래는 노래 가사입니다. Sevda Dolu Nəğmələr , 아티스트 - İlqar Muradov 번역 포함
번역이 포함된 원본 텍스트
İlqar Muradov
Məhəbbət gözəldir hər bir fəsil
Qəlblərdə yaşayır nəsil-nəsil
Gecə də yatmayıb, o hər səhər
Bizi gözləyər
Yaşayaq
Tənhalıq ocağında can verək
Məhəbbət qucağında sevginin
Şirin odlu nəğməsi gözləyər bizi
Həyatda yolumuz aydın olsun
Kaş sevən qəlblərə sevinc dolsun
Günəşin şəfəqindən məhəbbəti
Gəl biz içək
Təbəssüm gül açsın dodağında
Göz yaşın qalmasın yanağında
Sevgiyə inanıb biz
Sədaqətə gəl and içək
And içək
Xoş günlər
Yaşayaq sevda dolu
Sevincə bələnsin taleh
Bu həsrətlə
Qəlblərə sevgi gəlsin
Hər yerdə, qoy bizi o gözləsin
Yaşayaq
Tənhalıq ocağında can verək
Məhəbbət qucağında sevginin
Şirin odlu nəğmələri gözləyər
Gecəsi gündüzündə
Sevgi var yer üzündə
Ömmrün hər bir izində
Sadiq sənsən sözündə
Həyatda yolumuz aydın olsun
Kaş sevən qəlblərə sevinc dolsun
Günəşin şəfəqindən məhəbbəti
Gəl biz içək
Təbəssüm gül açsın dodağında
Göz yaşın qalmasın yanağında
Sevgiyə inanıb biz
Sədaqətə gəl and içək
And içək
다양한 언어로 된 노래
모든 언어로 고품질 번역
몇 초 만에 원하는 텍스트를 찾으세요