Dənizin Intiharı - Okaber

Dənizin Intiharı - Okaber

Год
2016
Язык
`아제르바이잔`
Длительность
170060

아래는 노래 가사입니다. Dənizin Intiharı , 아티스트 - Okaber 번역 포함

노래 가사 " Dənizin Intiharı "

번역이 포함된 원본 텍스트

Dənizin Intiharı

Okaber

(5 Dekabr — Günəşli neft yatağında

Baş vermiş qəzada həyatını itirmiş

Neftçilərimizə ithaf olunur)

Atasan bu dənizə özünü, o qədər boğulasanki

Səhər tezdən gecəyə qədər hər kəs unutsun səni

Ancaq yuxularda gələsən görüşlərə

Yada ki, içdiyin zəhrimarlar qurutsun səni.

Atasan bu dənizə özünü, (o qədər boğulasanki)

Fəryadın, qovuşsun haraylara

Son dəfə həsrətlə baxasan qağayılara

Atasan bu dənizə özünü, çırpılasan qayalara

Yazdığım bütün şeirləri də yırtıb aparasan

Bu yarımadanın bağrından natamam qalan

Bütün sevgiləri də dartıb aparasan!

Atasan bu dənizə özünü, heçkəslə barışmadan

Güvəndiyin dağların qarı dumana qarışmadan

Varlı-kasıb yarışmadan çıxartmadan təmizə özünü

Siqareti yarım çəkib, atasan bu dənizə özünü.

Mavilərdən iyrənib, dostuna çevriləsən mavi ləpələrin

Görəsənki, mavi dalğalar necə səpələnir

Təpələrin külə döndüyü yerlərdən uzaq qaçasan

Hündür bir yerdən uçasan yuxarı, sonra aşağı

Pıçıldayasan bu cümləni:

Sən varsan varam

Sən yoxsan yoxam!

-Necə də gülməli

Atasan bu dənizə özünü, qürura toxunmadan

Onsuzda yox olmusan, daha da yox olmadan

Dostlarla da artıq getməyəsən çiyin-çiyinə

Bir də, həmin saçların ətrini dəyişəsən dəniz iyinə.

Dərin nəfəs alıb, hər kəsdən qisas alıb ölümlə həyat kimi

Onunla mən: Məkkə və Mədinə, dəclə və fərat kimi

Onsuzda əbədiyyət heç vaxt sevməmişdi, əbədiləri!

(heç vaxt.)

Bizimsə dualarımız açıq havalardan titrədirdi müqəddəs sayılan məbədləri

Atasan bu dənizə özünü, heç kəs oyanmadan

Sübh namazından öncə, azan dayanmadan

Yağış yağmadan, ya da yağış əvəzinə, daş yağmadan

Qurunun oduna yaş yanmadan.

yalanlarla baş aldadan

Cəmiyyətdən uzaqlaşıb atasan bu dənizə özünü

Sevgilər də saxlayasan salam-sağollarda

Əlvidalara çatmamış saxlayasan yarı yollarda

Mən isə darıxdım, səslədim səni.

Yemək sırasını səbrsiz gözləyən

Kimsəsiz uşaq kimi səbrsiz gözlədim səni.

(Atasan bu dənizə özünü…)

200만 개 이상의 가사

다양한 언어로 된 노래

번역

모든 언어로 고품질 번역

빠른 검색

몇 초 만에 원하는 텍스트를 찾으세요