Qocalmısan - Okaber, Qara Dərviş

Qocalmısan - Okaber, Qara Dərviş

Год
2015
Язык
`아제르바이잔`
Длительность
264240

아래는 노래 가사입니다. Qocalmısan , 아티스트 - Okaber, Qara Dərviş 번역 포함

노래 가사 " Qocalmısan "

번역이 포함된 원본 텍스트

Qocalmısan

Okaber, Qara Dərviş

Mən dəhşətə gəlmişəm, ondan tutulub dilim

Sən ki, gənc qalmışdın yaddaşımda, 17 yaşında

Mən qocalırdım, sən isə cavan idin xəyalımda

Uzun telli, ağ bədənli, incə belli… (2)

Soyuyub sən demə əllərin

Sən demə qocalıbmışsan sən də.

Şəhvətə gətirmir daha gözlərin

Qocalmısan, gözəlim… (2)

Qocalmısan…

(Okaber vers.)

Yaralardan axan qanı saxlamır məhrəba

Çox zəhərlidi nə süd nə kəhrəba

Boz səhrada şeytanı yəhərləmək

İnsanı zəhərləmək kimi idi sənsizlik…

Tozlu akvarel, quaş, Rembrandt

Bir növ xrizantem, rododendron

Xatirələrə qərənfillər əkərdin

Hündürlükdən qorxmasaydın, çox çəkərdin

Mənə deməmişdin, amma yaz bunu

Sən əvvəllər «yaz yağmuru»

Ölməyə tələsirdin, amma yubandın

Sular bulandığı gün ürək də bulandı

Sən axı bütün arzuları devirdin

Sən axı tək yatmağı sevirdin

Heç kəsə demirdin, dərin dərdlərini

Gizlətdin, yatağı cırmaqlayan əllərini

Qırmızı dodaq, qırmızı filtr, tüstülər…

Bədən soyuqdan dona bilərmiş istidə

Tənhalıq, depressiya, vahimə, soyuq tər

Xatirələr, köhnə məktublar, bəd xəbər…

Alkoqol, narkotik, lirika, preparatlar

Radioda vals boston, qarışıq həyatlar

Qarışıq saçlar, geyim, qarışıq işlərin

Və pritona ayaq basan növbəti müştərin

Süni gülüşlərin, qısa öpüşlərin

Sənə pul qazandıran saatla görüşlərin

Hər gün görürəm səni nə qədər alçalmısan

Qırışıb əllərin sən demə qocalmısan!

(Mən dəhşətə gəlmişəm…)

(Qara Dərviş)

Mən dəhşətə gəlmişəm, ondan tutulub dilim

Sən ki, gənc qalmışdın yaddaşımda, 17 yaşında

Mən qocalırdım, sən isə cavan idin xəyalımda

Uzun telli, ağ bədənli, incə belli…

Soyuyub sən demə əllərin

Sən demə qocalıbmışsan, sən də.

Şəhvətə gətirmir daha gözlərin

Qocalmısan, gözəlim… (3)

200만 개 이상의 가사

다양한 언어로 된 노래

번역

모든 언어로 고품질 번역

빠른 검색

몇 초 만에 원하는 텍스트를 찾으세요