Şeytan - Okaber

Şeytan - Okaber

Год
2015
Язык
`아제르바이잔`
Длительность
192810

아래는 노래 가사입니다. Şeytan , 아티스트 - Okaber 번역 포함

노래 가사 " Şeytan "

번역이 포함된 원본 텍스트

Şeytan

Okaber

Yoxluğumu tapıb çıxarmağı gəl, əyindən başla

Bütün bədənim ölə bilər mənim tək beynimnən başqa

Gəl danışım sənə insultdan, içkilərdən, nevrozumdan

Demə ki, əsl şairlər ölüb qaraciyər serrozundan

Şeytan çartlayan məqbərələr, dağılan sərdabələrdi

Sirli ahid sandığı uğrunda gəbərən sərkərdələrdi

Saxta övliyaların hədislərinin xurafatları, Cahillik, avamlıq, «Danabaş kəndinin əhvalatları»

Ya da ki, körpənin dünyaya necə gəldiyini bilməsidi

İfritələrin xəyanəti, fahişə qadının hiyləsidi Süni xrizantem göz yaşına qucaq

göstərər, Yumru dünyanı bəşər övladına üçbucaq göstərər

Arzuların rekviemi qələm, kağız, təknə, dəniz

Bozqurdun yaşamağının Turan olduğu tək nədəni

Şirin kaprizləri tuşlanıb qəlbimə silah kimi Dilimnən düşmür möminin dilindən

«Bismillah» kimi

Mənim sevgim qibləgah, Tac Mahal, Ayasofyadı

Mənim sevgim sevgidən də müqəddəsdir, paranoyadır

O qədər pak və safdı həsəd aparar iblislər İnsanları reallıqlar yaşadırsa,

məni hislər Bəs onda kim gizlər nəmli gözləri pəncələrimdən?

Sən danış «bəlkə"lərindən, mən danışım «məncə"lərimdən

Həqiqətin bəlasından danış göstər xətasını, Şeytan gəldi hər kəs gözləyirdi

«Xaç Atası"nı

200만 개 이상의 가사

다양한 언어로 된 노래

번역

모든 언어로 고품질 번역

빠른 검색

몇 초 만에 원하는 텍스트를 찾으세요