Sus - PRoMete

Sus - PRoMete

Альбом
14
Год
2011
Язык
`아제르바이잔`
Длительность
236640

아래는 노래 가사입니다. Sus , 아티스트 - PRoMete 번역 포함

노래 가사 " Sus "

번역이 포함된 원본 텍스트

Sus

PRoMete

Qaranlığa doğan Günəş kimi

Üfüqünü tək mənə göstər

Bu notlar sözlərin acizliyi

Susacam, növbəti sətrin başına qədər

Əsrarəngiz voyaj

Ləpələr üzərində rəqs üçün əlimi tut!

Bizə qonaq gəlib Pokal

Mən razıyam, belə çöksün son sükut

Ruhuma bütövlük hakim

Sən məni tanıyırdın

Bəs bu sınaqlar nə idi?

Bəs məni niyə yoxlayırdın?

Bilsəydik, daha əvvəl qovuşardıq

Yooox!

Axı, artıq bizə qədər hər şey yazılmışdı

Biz bilirdik, bizə deməsələr də

Biz axı, susa-susa danışmağı bacarırdıq

Göstərməsək də

Kölgələrlə rəqs məni yordu, səni də buludlar

Odur ki, açıldı qanadlar

Mən səmada, sən səmadan

Oyanmağım gəlmir röyadan

Şüalan!

Qaçacam açaraq yeni cığırlar

Mənə gərək deyil arzulamaq uğurlar

Üstümdə nəzərin var

Nədir bu hüdud?!

Axı, niyə hər şey belə sehrli?!

Sus!

Yola davam!

Səs gəlir, səs gəlir, səs gəlir, səs gəlir…

Hələ nə qədər getməli ki, çatmalı və səni qazanmalı?!

Mən yanındayam!

Səs gəlir, səs gəlir, səs gəlir, səs gəlir…

Nədir bu hüdud?!

Axı, niyə hər şey belə sehrli?!

Sus!

Yola davam!

Səs gəlir, səs gəlir, səs gəlir, səs gəlir…

Hələ nə qədər getməli ki, çatmalı və səni qazanmalı?!

Mən yanındayam!

Səs gəlir, səs gəlir, səs gəlir, səs gəlir…

O, hər gün səhər səni izləmək üçün başının üzərinə qalxacaq

Sən isə ona baxıb sevinəcəksən

Gəlsin gecə göy üzünə buludlar

Töksün buludlar yerə damcılar

Bəlkə, onda bu şəhər oyanar

Bəlkə, onda səhər açılar

Bəlkə, ulduzların yerinə sən

Səmada parlayaraq görünərsən

Bəlkə də, onda bu mahnını mən

Pıçıldayaraq oxuyaram və gülərsən

Gecəyarı mən bu sözləri yazanda

Sən yatırdın, sən yatırdın!

Gözlərin yumulu, əlin alnında

Mən isə sənin şəklinə baxırdım

Çox axtardığım, amma tapdığım

Sən uzaqda, yenə uzaqda

Yazıram qədəri tərsinə çevirməkçün

Bu sətirləri sənə uzaqdan

Çöksün yenə yer üzünə qaranlıq

Yenə vərəqlər, yenə dost qələm

Vursun məni bədbinlik bir anlıq

Yazıram-yazıram, nəticə yox hələ

Beləcə, gecəni səhərə çevirmək istəyi

Yenə qonaq gələ sətirlərə

Bu gün günorta görüşmüşdük

Əllərimdir ətir hələ

Gecəyarı mən bu sözləri yazanda

Sən yatırdın, sən yatırdın!

Gözlərin yumulu, əlin alnında

Mən isə sənin şəklinə baxırdım

Çox axtardığım, amma tapdığım

Sən uzaqda, yenə uzaqda

Yazıram qədəri tərsinə çevirməkçün

Bu sətirləri sənə uzaqdan

200만 개 이상의 가사

다양한 언어로 된 노래

번역

모든 언어로 고품질 번역

빠른 검색

몇 초 만에 원하는 텍스트를 찾으세요