Şərbət - Orxan Zeynallı, Del

Şərbət - Orxan Zeynallı, Del

Год
2016
Язык
`아제르바이잔`
Длительность
181020

아래는 노래 가사입니다. Şərbət , 아티스트 - Orxan Zeynallı, Del 번역 포함

노래 가사 " Şərbət "

번역이 포함된 원본 텍스트

Şərbət

Orxan Zeynallı, Del

Soyuq işıqların əhatəsində isti gözlər

Bu gün sevgili olmaqçün ən uyğun gecədir

Bakal uzadanda toxunmaq barmaqlara gizlincə

Bu ilk baxışdan sevgi deyil əyləncədir

Bu gün şouya verdim — play, hələ ki, lirika stop-da

An etibarı ilə sən məni fəth elədin

Axtar ürəyimi, bəlkə tapdın mikroskopla

Bədənim avqust kimi isti, bir az meh istəyir

Bütün sətirlərim yalan, indi bizə yaxın tavan

Bir azdan uçub açıq səmada edərik davam

Hələ açılmayıb səhər, toxunuşlar önə sərər

Axı gözlərin tələ, üzürəm içimdə bərəl

Eləmə dram, bakalın içi qan içirəm

«Marry Dark Horse» səsiylə Katy Parry

Batan şəhərdə arzuları birgə puç edərik

Diqqətlə bax — qəlb bədənimə necə dəyir

Yaxın dur…

Mənə tərəf atılan hər addım önəmli

Əlimə toxunma…

Biləyim əsir, nəbzim olur sənə görə sürətli

Yaxın dur…

Bulanıq baxışlar axır üstümə

Məni apar özünlə, dolanarıq sözünlə

Bir günün ərzində dəyiş dünyamı

Qulaq as Mrss…

Mən sözlə qidalandığımçün mənə təsir etmir krizis

Bira anlıq dondum

Mənə tanış gəlir üzün

Deyəsən bir vaxtlar desktop-umda fondun

Qəribədir ardıcıllıq Bakıda

Varlı bədənlər kasıba getmir ki, birdən qan kirlənər

Guya utancaq və kübar

Şairlərlə eşq yaşayıb, ərə gedirsiniz bankirlərə

Mən dəfələrlə xoşbəxtliyi almışam pulla

Bax, çekləri də saxlamışam yadigar

Mən bilirəm nədir — eşq ovundakı nişanda olmaq

Qadınlar gedir qalır ancaq mahnılar

Səninlə var bir neçə sətirlik macəram

Ən kobud qollar ortasında keçir bil ən incə an

Yaşa!

Sonra hansısa maymaqla MayBach-da

Mənlə həyat ucuz, amma şərbət kimi, bax dadına

Yaxın dur…

Mənə tərəf atılan hər addım önəmli

Əlimə toxunma…

Biləyim əsir, nəbzim olur sənə görə sürətli

Yaxın dur…

Bulanıq baxışlar axır üstümə

Məni apar özünlə, dolanarıq sözünlə

Bir günün ərzində dəyiş dünyamı

Yaxın dur…

Mənə tərəf atılan hər addım önəmli

Əlimə toxunma…

Biləyim əsir, nəbzim olur sənə görə sürətli

Yaxın dur…

Bulanıq baxışlar axır üstümə

Məni apar özünlə, dolanarıq sözünlə

Bir günün ərzində dəyiş dünyamı

200만 개 이상의 가사

다양한 언어로 된 노래

번역

모든 언어로 고품질 번역

빠른 검색

몇 초 만에 원하는 텍스트를 찾으세요