Mənim Şəhərim - Orxan Zeynallı

Mənim Şəhərim - Orxan Zeynallı

Альбом
Yaş Gəlir
Год
2012
Язык
`아제르바이잔`
Длительность
208820

아래는 노래 가사입니다. Mənim Şəhərim , 아티스트 - Orxan Zeynallı 번역 포함

노래 가사 " Mənim Şəhərim "

번역이 포함된 원본 텍스트

Mənim Şəhərim

Orxan Zeynallı

Bu şəhər mənə doğmadır

Mən ona özgə sayılsam da son illərdə

Bir neçə ildir artıq sıxılmaq tərk etmir

Artıq doğmalar da şəhərə sevgini bərkitmir

Bəlkə də bu şəhərdə qırılmış qəlbdir səbəb

Bəlkə hər kəsin içindəki dərddir səbəb

Hamıda keçmiş günlərdən var bir nəfər

Unutmaq istəyib unuda bilmədiyi bir nəfər

Görəsən neçə ürək gəzir məndən incimiş?

Görəsən neçə ürəkdən sevgim incimiş?

İndi çox az adama sevgidən söz təsir edir

İndi gülüş ancaq 2 nöqtə, 1 mörtərizədir

İndi o duyğular ancaq payızda gəlib gedir

İnsanlıq uzaq qohumtək arada gəlib gedir

Məndən salam de tanımadığım yerlərə

Denən ki, bu şəhər hamını bir-bir atıb gedir

Hər dəfə qayıdanda evə qəmli musiqilər

Ən xoş günlərdə belə nəsə çatmır yenə

Ya artıq yaddır şəhər, doğma hisslərdən uzaq

Ya da sadəcə payız qəmləmdirir məni yenə

Pəncərəyə üfürüb orda ürək çəkmək

Ya da ki, qarda, yerdə uzanıb mələk çəkmək

Uşaqlıq və yaxud təmiz qəlbin əməlləri

Kim deyib ki, böyüdükcə ürək çirklənməli?

Soyuq Bakı havasında bəlkə bir isti kofe

Ya da bir şirin söhbət, həyatı unutmaq üçün

Mənə xoş sonluqla bitən maraqlı bir kino ver

Sonluq sözü elə bəsdir sevgini soyutmaq üçün

Tanışların sayı artır dostlar azaldıqca

Hərdən unuduram nədən daha çox zövq aldığımı

Və yenidən vuruluram şəhərə hava qaraldıqca

Sevinirəm anlayanda hələ də bütöv qaldığımı

Mən bəzən darıxıram şəhərdən uzaqda olub

Uzaqdan şəhərə baxıb onun üçün darıxmaqçün

Mən bəzən danışıram qəmli notlarla

Qəmli havaya girib sənin üçün darıxmaqçün

Mənim şəhərim gecələr yatmır

Gecələr yatmır

Mənim şəhərim gecələr yatmır

Gecələr yatmır

200만 개 이상의 가사

다양한 언어로 된 노래

번역

모든 언어로 고품질 번역

빠른 검색

몇 초 만에 원하는 텍스트를 찾으세요