아래는 노래 가사입니다. Qırmızı Lent , 아티스트 - Orxan Zeynallı 번역 포함
번역이 포함된 원본 텍스트
Orxan Zeynallı
Əlini çək, köməyin lazım deyil, ondansa mane olma
Kimliyimi sorğu-sual etmə, istəmirəm qane olma
Sözlər kağız, əməllər kül, onu yetər qaladıq
Sözlərlə əməllər kəsişməyən hiperboladır
Yaraşır hər cür sevinc, yaraşır dərd yaşıma
Xoşbəxtliyi bilməyənlər “onu sev, bunu sevmə deyir”
Məni burax, varsa, günahlarımla tək başıma
Deyilsən tanrı cənnətin açarları səndə deyil
Çək əlini dünənimdən
Bəsdir, çək əlini sabahımdan
Varsa, eşq tut əlimi hazıram
Amma ver qələmimi geri həyatımı
Özüm yazıram
Bu mahnı dəstək deyil
Dəstək gərək zəiflərə
Güclü ruhlara məskən çox vaxt zərif bədən
Mən qadın səsiyəm çaşdırmasın “qəliz” deməm
Qızıl balıqlar, bil, heç vaxt yeməz dənizdə qəm
Nəyə görə belə qəribədir dünya?
Ya sən, ya da onlar
Nəyə görə soyuq olur insanlar?
Bizlə yad olanda
Hər tərəfdən, hər tərəfdən
Bürüyər dumanlar
Hər tərəfdən, hər tərəfdə
Verilir suallar
Planetlərin sayı qədər ay bətində
Verərəm can, qış, yay taqətimdə
Bir cüt qulağın eşidəcəyi ilk sözün deyərəm
Ya da heç vaxt ana olmaram özüm bilərəm
Mən insanam deyiləm öhdəliklər toplusu
Haqq yolunda azanlar düşür dalıma, yol pusur
İldə bir dəstə güllə heç vaxt bahar olmaz
Mənim günüm bir gün deyil və bitmir martın doqquzu
Özüm bilərəm, neçədir boyum, nə qədər çəkim
Özüm bilərəm olub həyatımda səndən öncə kim
Mənimçün təhsil önəmlidir,elmə qarışmaq
Öz ayaqlarım üstdə dayanmışam, yerimə danışma
Mənə gərək məni sevən, məni adam edən yox
Sən gəlməsən də sənsiz də, bil, davam edər yol
Manifestin son sətridir şair yazır “the end”
Mənəviyyatı müəyyən edə bilməz qırmızı lent
Nəyə görə belə qəribədir dünya?
Ya sən, ya da onlar
Nəyə görə soyuq olur insanlar?
Bizlə yad olanda
Hər tərəfdən, hər tərəfdən
Bürüyər dumanlar
Hər tərəfdən, hər tərəfdə
Verilir suallar
Nəyə görə bеlə qəribədir dünya?
Ya sən, ya da onlar
Nəyə görə soyuq olur insanlar?
Bizlə yad olanda
Hər tərəfdən, hər tərəfdən
Bürüyər dumanlar
Hər tərəfdən, hər tərəfdə
Verilir suallar
다양한 언어로 된 노래
모든 언어로 고품질 번역
몇 초 만에 원하는 텍스트를 찾으세요