아래는 노래 가사입니다. Dərində , 아티스트 - Orxan Zeynallı 번역 포함
번역이 포함된 원본 텍스트
Orxan Zeynallı
Sən mənim dörd fəslimsən
Sən olmadan həyat keçmir, bil!
Bu qədər millətlər, hərənin öz dili
Mənim sənə hisslərimi ifadə etməz heç bir dil
Sus… Qoy bir az yarpaqlar danışsın
Sevgidən şeirlər yox, qoy otaqlar danışsın
Nə qədər saf toxunuşa şahid olmuş
Sevgini üşüməkdən qoruyan isti yataqlar danışsın
Sənlə döyünmək varkən ürək olub dönmək sanki
Dirəyimə böyümək sarılıb kimə elə bir örnək sayılır
Ki baxıb görünə insan, ki inamım köynəyi sanki
Ləkələr görünər sap kimi, ya da şəffaf, insan kimi
Sonda dönsək saf geri bu evdə bizi nə gözləyir?
Sevincimizə baxıb qəhər kədərin üzünə -«Döz deyir»
Əl-ələ tutanda torpaq olur səma, dərələr isə bulud
Mən səni unudaram bir sabah görünərsə qürub
Tapsan dərində
Nə qədər üzüb getsən də hissləri
Son sözlərində desə
Nə fayda?
Qəlb sevgi istəmir
Tapsan dərində
Nə qədər üzüb getsən də hissləri
Son sözdən əvvəl
Diqqətlə bax, axı gözləri gizləmir
Sən mənim cüt gözümsən
Sən olmadan yerimək çox çətin, bil!
Bu qədər göz yaşları isladır izləri
Mənim yağışlarımı səndən gizlədib çox çətir
Bil ki, sən mənim nəfəsimsən
Gec gəldikcə qaralır dünya və azalıram mən
Sənlə yaşadığım hər saniyə ömürdən getsə belə
Dayanacağı olan həyatda sonsuzluğu qazanıram mən
Sən axan qanımsan, olmasan özümü hiss etmirəm
Həqiqətə yaxın yalansan, nağıldayam, gizlətmirəm
Buralarda düz hər tərəf, çünki güzgülər yox
Çəkinmədən gəl dünyama, rahat ol, özgələr yox
Önümdə səs gələn yol, işıqlar yalançı olur
Sən ən çox sevilən biri ol, mən isə davamçın olum
Məişət torunda şikara çevrilmiş sevgidə
Xoşbəxtlik yalansa əgər, qoy mən əbədi yalançın olum
Tapsan dərində
Nə qədər üzüb getsən də hissləri
Son sözlərində desə
Nə fayda?
Qəlb sevgi istəmir
Tapsan dərində
Nə qədər üzüb getsən də hissləri
Son sözdən əvvəl
Diqqətlə bax, axı gözləri gizləmir
Tapsan dərində
Nə qədər üzüb getsən də hissləri
Son sözlərində desə
Nə fayda?
Qəlb sevgi istəmir
Tapsan dərində
Nə qədər üzüb getsən də hissləri
Son sözdən əvvəl
Diqqətlə bax, axı gözləri gizləmir
다양한 언어로 된 노래
모든 언어로 고품질 번역
몇 초 만에 원하는 텍스트를 찾으세요