Böyük Ümidlər - Orxan Zeynallı

Böyük Ümidlər - Orxan Zeynallı

  • Альбом: Qravitasiya

  • 출시년도: 2016
  • 언어: 아제르바이잔
  • 지속: 3:03

아래는 노래 가사입니다. Böyük Ümidlər , 아티스트 - Orxan Zeynallı 번역 포함

노래 가사 " Böyük Ümidlər "

번역이 포함된 원본 텍스트

Böyük Ümidlər

Orxan Zeynallı

Doğulmaq yadımızdan çıxardığımız ilk addımdır

Necə ki, qalmır yadda ilk öpüş, ilk laylalar

Bir gün qabaq yox idin, bu gün isə həyatın var

Heyif, olmur qoymaq şərt doğulacam, olsa qayğılar

Axmamış yaş qədər təmiz qucaqda böyümək hissi

Adam qayıdıb keçmişə, yenidən böyümək istəyir

Biz axı göylərin sevən qəlblərə hədiyyəsi idik

Onların yerinə bütün xoşbəxtliklərə «hə» deyəsi idik

Zaman heç nəyi gizlətmir, zaman heç nəyi sağaltmır

Zaman göstərir sən demə xoşbəxtlik biz olsaq artmır

Biz bəzən şəfəqləri bitişdirib edirik parıltı

Bəzənsə parçalanan qaya arasında son qırıntı

Gözünü yum, qorxma bir azdan bitəcək səslər

Küsmə talehindən o heç nəyi etmir qəsdən

Azalacaq səslər, azalacaq səslər

Valideyn sayi azaldıqca azalacaq səslər

Dizimi qucaqlayıb dinlədim o səsləri

Gözümü bağlayıb dinlədim o səsləri

Yastıqlar gizlədəndə o səsləri

Valideyn davaları dəriyə hopmuş yaralar kimidir

Ağrılar qalsa da keçmişdə, nəticə göz önündədir

Bu günü ən uzaq vaxtlardan, yapışacaq ayaqlardan

Bu sevgili deyil ki, dərd verəndə deyəsən səhv özündədir

Seçim olmur heç kimdə, kimsə doğulur çirk içində

Kimsə nazir ailəsində, var-dövlət, mülk içində

Kimsə son anda abort etməyən tək anayla

Kimsə sevgi ocağında, həyatı bənzəyir bəlkə nağıla

Analar var — qalıb baş-başa yadigar başdaşıyla

Ömründən kəsib böyütdüyü övlad əvəz olunub başdaşıyla

Uşaqlar var valideyn əvəzi böyüyüb qardaşıyla

Doğmalaşıb artıq soyuq küçədəki hər daşıyla

Gecədən qalma yaşı ilə səhər məktəbə getmək

Çətin idi özgələrdən qayğı tələb etmək

Çətin idi xoşbəxtlərin arasında qarışıb azmaq

Çətin idi «Mənim ailəm» mövzusunda inşa yazmaq

Dizimi qucaqlayıb dinlədim o səsləri

Gözümü bağlayıb dinlədim o səsləri

Yastıqlar gizlədəndə o səsləri

Gələcək nəsillərə böyük nifrət bəsləyir

200만 개 이상의 가사

다양한 언어로 된 노래

번역

모든 언어로 고품질 번역

빠른 검색

몇 초 만에 원하는 텍스트를 찾으세요