Maaş Kartı - Orxan Zeynallı

Maaş Kartı - Orxan Zeynallı

Альбом
Singles
Год
2014
Язык
`아제르바이잔`
Длительность
157250

아래는 노래 가사입니다. Maaş Kartı , 아티스트 - Orxan Zeynallı 번역 포함

노래 가사 " Maaş Kartı "

번역이 포함된 원본 텍스트

Maaş Kartı

Orxan Zeynallı

Yüz faiz hit, yoxsa yüz faiz halal?

Bu yeni bir marketinqdir, yaradıb artistlər üzdə olan

Əsas sarayımız olub sirk, Yaşıl Teatr — restoran

Pop olub qırmızı işıqlarla dolu küçə biz dalan

Fəxr ediləsi bişey bizdə olan?

Kim orda səs salan?

Birinci kanal qərbi yenə də səhv çıxarır, vəssəlam

Nə qədər evini səhv salan, küçə-bacada açıb ağız

Var əlini itirib əlil qalan, var mənəviyyatı şikəst olan

«Maaşım azdır, müdür, yaxşı dolana bilmirəm» — dedim

Gülümsədi və gözümün içinə baxıb dedi — «pis dolan»

Hah!

Dedim müdir gəl sən ol Himalay

Mən də dırmaşaraq üstüvə peşəkar alpinist olam

Bəlkə köçüm Kingston-a?

Ora əbədi bir iz salam

Qıza söz atmaq peşə olsa, Bakıda qalmaz bir işsiz adam

Necə belə güldürə bilir axı biri belə pessimist olan?

Bu versü çörəyə çekib verdi sizə nömrə bir vecsiz adam

Hou!

Mənim hədəflərim bol

Repim səhnələri yorur

Vərəqlərdə dolu hər sətir

Mənə pul gətirən maaş kartım olur

Mənim hədəflərim bol

Repim səhnələri yorur

Vərəqlərdə dolu hər sətir

Mənə pul gətirən maaş kartım olur

Maaşla millətin ortaq cəhəti var — heç biri qalxmır

Belə də ki, qalxsa belə də guya da ki, nə dəyişər axı?

— maaşı deyirəm

Nəyin qiyməti qalxır, qalxsın lap qarşı deyiləm

Əsas odur işığı yandırmayın rahat yatım

Yaxşı ki, bizdə də var Ramil-dən, Mübariz-dən

Yoxsa kimin şəklin qoyub «fan page"lər «like» dilənər?

Qarşı kim, çıxsa polis əmilər onu tutar izdən

Adidas geyinən dilənçi vaxt gələcək Nike dilənər

Kim dursa səssiz, ölüb gedər səhvsiz

Düz nöqtəni tapıb girən qalib şərtsiz

Dolanırıq rəqssiz, ümid yerim tək siz

Düşünün ki, bu sistemə qarşı bu gün təksiz

Kim dursa səssiz, ölüb gedər səhvsiz

Düz nöqtəni tapıb girən qalib şərtsiz

Dolanırıq rəqssiz, ümid yerim tək siz

Düşünün ki, bu sistemə qarşı bu gün təksiz

Hou!

Mənim hədəflərim bol

Repim səhnələri yorur

Vərəqlərdə dolu hər sətir

Mənə pul gətirən maaş kartım olur

Mənim hədəflərim bol

Repim səhnələri yorur

Vərəqlərdə dolu hər sətir

Mənə pul gətirən maaş kartım olur

200만 개 이상의 가사

다양한 언어로 된 노래

번역

모든 언어로 고품질 번역

빠른 검색

몇 초 만에 원하는 텍스트를 찾으세요