아래는 노래 가사입니다. Evdən Uzaqda , 아티스트 - Orxan Zeynallı 번역 포함
번역이 포함된 원본 텍스트
Orxan Zeynallı
Biz sevməmişdik ki, bizi ayırsınlar
Həyatımızdan uzaqda bizə bir ev tiksinlər
Gülüşümüzü öldürüb, bizi böyütsünlər
Səninçün darıxmaqla məni sınağa çəksinlər
Önümüzdə tilsimlər, qırılacaq hirsimdən
Təslim olmaq vərdişini istəmirəm diriltsinlər
Dəyişməliyik çox şeyi kökündən, irsindən
Unudulur hər bir söz musiqinin səsindən
Uzaqda bir şəhər, piyada getmək arzusu
Həyatda dalbadal gələn ölüm qoxusu
İnsalarnn yuxusu deyəsən çox şirindir
Xoşbəxtlikdən bizə çatan cəmi bir dilimdir
Həyatda gərək gecikəsən ki, yolunu gözləsinlər
Mümkün deyil, sevsələr də gərək gizləsinlər
Arada evə zəng vur ki
Səsini eşitsinlər…
Eşidib sevinsinlər…
Evdən uzaqda olan qardaşım üçün…
다양한 언어로 된 노래
모든 언어로 고품질 번역
몇 초 만에 원하는 텍스트를 찾으세요