Mahnılar Məni - Orxan Zeynallı

Mahnılar Məni - Orxan Zeynallı

Альбом
Qravitasiya
Год
2016
Язык
`아제르바이잔`
Длительность
178230

아래는 노래 가사입니다. Mahnılar Məni , 아티스트 - Orxan Zeynallı 번역 포함

노래 가사 " Mahnılar Məni "

번역이 포함된 원본 텍스트

Mahnılar Məni

Orxan Zeynallı

Elə bir hiss var ki, ürəyimdən uzaqdayam

Geri gələndə yolumu kimsə gözləmir (heç kim)

Küləyi bezdirən bu şəhərdə, xoşbəxtlik ehtimalı %1

Danışmaq, yazmaq, oxumaq, yadda qalmaq…

Səni sevən səndən vaxt istəyir, sevgi istəmir

Çağırmışdım dostları dar günümdə…

Hələ də yoxdur səs-səmir

Davamlı payız qoxusu, xəzanlı misralarda

Mən artıq eyni mövzulardan ibarət bir sətir

Mən artıq yaxın deyiləm sənə əvvəlkitək…

Həyatım bələd sənə, qulaqların sözlərimi izləmir!

De sevgin aysberq kimi altda gizlənib, yoxsa üstdəmi?

Səni isidir toxunuşum, yoxsa hər şey sözdəmi?

Maraqlan, gör kim öz həyatını pisləmir?

Həyat bataqlıdır hə?

Bəlkə Aid düz demir?!

Həyat adlı qaranlığın içində

Arzularla çətindir yaşamaq

Unudaraq dərdləri güləndə

Mahnılar məni…

Ağladar yenə…

Həyat adlı qaranlığın içində

Arzularla çətindir yaşamaq

Unudaraq dərdləri güləndə

Mahnılar məni…

Ağladar yenə…

Soyuq divarlara söykənmək

Uzaqlara baxıb — niyə böyüdük?

— demək

Tapa bilsəydik səadəti

Sahil boyu qurduğumuz saraylarda

Dalğalardan çəkinmədən

Özu ilə səmaya səni hissələrlə çəkir gedən

Böyümək — səni böyüdəni itirməkdir, demək!

Məni sıxır keçmişdən qalan gödəkçə və xatirələr!

Sığal çəkir, bu deyil əzizləmək

Bu deyil qəliz demək, həyatı pisləmək

Və kimsə niyə nifrət etdiyini yox

Niyə sevə bilmədiyini deyir

Valideynlər çox vaxt kim olduğunu yox

Kim ola bilmədiyini deyir!

Uzun qış gecələrində, qarışıq fikirlər

Elə o vaxtı susur doğmalar, danışır fikirlər

Sən içməsən də, köhnə dost gəlib, süz deyir

Bütün qış məni dinlə və de — «Orxan düz deyir!»

Həyat adlı qaranlığın içində

Arzularla çətindir yaşamaq

Unudaraq dərdləri güləndə

Mahnılar məni…

Ağladar yenə…

Həyat adlı qaranlığın içində

Arzularla çətindir yaşamaq

Unudaraq dərdləri güləndə

Mahnılar məni…

Ağladar yenə…

200만 개 이상의 가사

다양한 언어로 된 노래

번역

모든 언어로 고품질 번역

빠른 검색

몇 초 만에 원하는 텍스트를 찾으세요