
아래는 노래 가사입니다. Qorxma Özündən , 아티스트 - Orxan Zeynallı 번역 포함
번역이 포함된 원본 텍스트
Orxan Zeynallı
Bizi öyrədiblər ki, dürüstlük əsas dəyərdir
Valideynlər, doğmalar, qonşular və müəllimlər…
Bizi öyrədiblər ki, siqaret, həm də içki ziyandır (Yox!)
Siqaret çəkən qardaşlar, içki içən atalar
Bizi öyrədiblər ki, tələsməlisən, həyat dayanmır
Sən geciksən də, olmur gecikən qatarlar
Gün çıxanda gizlən, yağışda çətir gəzdir
Dözməyi bacaraq, ancaq axı zəiflər çətin dözür (Ancaq)
Çəkin müdirindən, (Çəkin!) işini itirməkdən daim qorx
Susmağı bacar, lazım deyilsə demə sözün düzün
Göstərmə əsl üzün, səmimilik pis cəhətdir
İnsanlar yalançı olur, bizi öyrədiblər həmişə
Ürəyin ağrımasın, kimisə görüncə dərdli
Bizi öyrədiblər həmişə, bizi öyrədirlər həmişə
Çevrilir hədəflər arzulara
Olanda tək ümid mahnılara
Hardadır düz, harda yalanlar?
Bəs indi kimə inana?
(De)
Nəyə inanaq?
Çevrilir hədəflər arzulara
Olanda tək ümid mahnılara
Hardadır düz, harda yalanlar?
Bəs indi kimə inana?
(De)
Nəyə inanaq?
Bizi öyrətməyiblər — ölüm bir gün döyəcək qapını
Həyat məktəb deyil ki, mümkün olsun son partada gizlənmək
Bizi öyrətməyiblər — ailə qurmaq oyuncaq deyil
Əsas sevgidir, nəinki kağızda qol çəkmək!
Bizi öyrətməyiblər, həyat bəzən olur alçaq
Sən əzab çəkən şəhərdə kef edir hansısa alçaq
Sən demə, qayğını verirmiş dövlət borca
Sən böyüdükcə səndən də tez böyüyür borclar
Bizi öyrətməyiblər — xoşbəxtliyimizə gedən yol
Sən demə keçir qəlblərdən yox, hava limanından
Bir günə dönər inamından, səmadan hay-küy çıxsa
Bizi öyrətməyiblər — nə edək dost nankor çıxsa?
Öyrədə bilməz həyatı nə kitablar, nə valideynlər
Əsas atdığın addımlar və sabah atacağın
Həyat kosmosdur, qərarlarımız teleskop
Gələcək təyin edir hansı tərəfə baxacağını
Çevrilir hədəflər arzulara
Olanda tək ümid mahnılara
Hardadır düz, harda yalanlar?
Bəs indi kimə inana?
(De)
Nəyə inanaq?
Çevrilir hədəflər arzulara
Olanda tək ümid mahnılara
Hardadır düz, harda yalanlar?
Bəs indi kimə inana?
(De)
Nəyə inanaq?
다양한 언어로 된 노래
모든 언어로 고품질 번역
몇 초 만에 원하는 텍스트를 찾으세요